Üstünlüklərimiz


Kiçik və orta sahibkarlıq iqtisadiyyatın mühərriki olmaqla yanaşı iqtisadi böhranlar zamanı ən çox zədələnən və daima dəstəyə ehtiyacı olan sahələrdəndir. Kiçik və orta bizneslərin hər-hansı bir ekosistem altında birləşməsi, qarşılıqlı güzəştli fəaliyyət göstərmələri və eləcə də maliyyə dəstəyi almaları onları baş verə biləcək böhranlar zamanı daha da dayanıqlı edir. Bu baxımdan Muğanbank belə bir klaster (cluster) yaratmaqla kiçik və orta sahibkarlar üçün real fayda gətirəcək bir mühitin formalaşmasını hədəfləyir. Bu baxımdan kiçik və orta sahibkarlar “Muğanbank- Maliyyə HUB”-ına qoşulmaqla növbəti üstünlükləri əldə edəcəklər
“Muğanbank- Maliyyə HUB”-ı üzvləri arasında güzəştli və qarşılıqlı faydalı biznes imkanları
Davamlı netvorkinq imkanlarından faydalanmaq fürsəti (şəraitdən asılı olaraq online/offline)
Mütəmadi marifləndirmə, Hub üzvləri arasında uyğun bizneslər arasında dəyirmi masaların təşkili
Hüquqi və fiziki şəxslərə vergitutma və mühasibat üzrə ödənişsiz konsultasiyalar
Hüquqi və fiziki şəxslərin ödənişsiz online qeydiyyatdan keçirilməsi
Pulsuz bank hesabının açılması
Hüquqi və fiziki şəxslərə ilkin dəstək müddəti ərzində (bir aydan üç aya kimi aşağıdakı qaydada) ödənişsiz vergi-mühasibat xidmətlərinin göstərilməsi təmin olunacaq
Fiziki şəxs sahibkarlar - 3 ay
Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) - 2 ay
Hüquqi şəxslər (ƏDV ödəyiciləri) - 1 ay
İlkin Dəstək müddətindən sonra
Dövriyyədən asılı olmayaraq müəyyən olunan maliyyə-muhasibat xərclərinin 30%-i həcmində “Muğanbank” ASC tərəfindən dəstək (aylıq əsasda)
Əlavə olaraq bank əməliyyatlarına görə Muğanbanka ödənilən komissiya xərclərinin 30%-i həcmində dəstək (ümumilikdə maliyyə-muhasibat xərclərinin 100%-i və ya 3000 manatdan çox olmamaq şərtilə)
Qeyd: Muğanbank tərəfindən göstərinlən dəstək maliyə-muhasibat xərclərinin ödənilməsi üçün birbaşa partnyor konsaltinq şirkətinə yönəldilir.
Qeyd: Endirimlər müştərinin müraciət etdiyi tarixdən həmin rübün sonuna kimi olan dövrə şamil olunur.