Startuplara dəstək


Hər kəs Start-Up-a başlaya bilər. Çox adam da bunu edir. Uğurlu ideya, bazarın nəbzini tutmaq, idarəetmə bacarığı, sərbəst işləmək istəyi, çalışqanlıq və bir az da maliyyə Start-Up-akifayət edir. Amma, bu hələ başlanğıcdır. Uğuru qazanmaq və ayaq üstə qala bilmək üçün hələ çox çalışmaq lazımdır.

Mütəxəssislər Start-Up bizneslərinin ilk bir neçə ilini yaşam üçün mücadilə dövrü adlandırırlar. Bu dövrdə Start-Up-ların həyatda qalacağı ya fəaliyyətini dayandıracağı bilinir. Bu baxımdan ən çox dəstəyə ehtiyac olan dövr də elə başlanöıc illər sayılır.

Start-Up-çıları və onların bizneslərini düşünərək Muğanbank ”Maliyyə-Hub”-ı layihəsi çərçivəsində onlara xüsusi dəstək təklif edir. Beləcə, iki ildən az fəaliyyət göstərən biznes sahibləri “Muğanbank-Maliyyə HUB”-ına qoşulmaqla aşağıdakı qaydada maliyyə-muhasibat xərclərinin qarşılanması üçün dəstək əldə edə bilərlər.”Muğanbank - Maliyyə-Hub”na qoşulmaqla aşağıdakı qaydada maliyyə-muhasibat xərclərinin qarşılanması üçün dəstək əldə edə bilərlər.

Dövriyyədən asılı olmayaraq, müəyyən olunan maliyyə-muhasibat xərclərinin 40%-i həcmində “Muğanbank” ASC tərəfindən dəstək (aylıq əsasda).
Muğanbanka ödənilən komissiya xərclərinin 40%-i (maliyyə-muhasibat xərclərinin 100%-i və ya 3000 manatdan çox olmamaq şərtilə) həcmində dəstək.
Qeyd: Muğanbank tərəfindən göstərilən dəstək maliyə-muhasibat xərclərinin ödənilməsi üçün birbaşa partnyor konsaltinq şirkətinə yönəldilir.
Qeyd: Endirimlər müştərinin müraciət etdiyi tarixdən həmin rübün sonuna kimi olan dövrə şamil olunur.