MuğanBank - HUB
“Muğanbank - Maliyyə HUB”-ına qoşul, 100%-dək mühasibat xərclərin ödənsin!
Muğanbank ölkədə biznes mühitinin inkişafı istiqamətində ilk dəfə “Muğanbank - Maliyyə HUB”-ı (FinHub) layihəsinə start verir. Əsasən kiçik və orta sahibkarlar və eləcə də Start-Up-lara dəstək üçün yaradılan layihəçərçivəsində iştirakçılar mütəmadi treyninq və konsultasiyalar vasitəsilə marifləndiriləcək, qarşılıqlı təkliflərdən faydalanacaq və ən əsası Muğanbank tərəfindən maliyyə-mühasibat xərclərinin ödənilməsi üçün 30%-dən 100%-dək maliyyə dəstəyi əldə edəcəklər.
Maliyyə dəstəyi necə verilir?
Adətən kiçik və orta biznes sahibləri öz işlərində həm menecer, həm satış təmsilçisi, həm araşdırmaçı ekspert, həm strateq və bəzən də maliyyəçi olmağa çalışırlar. Bunun sadə izahı var – xərclərə qənaət. Fəaliyyət növündən asılı olaraq hansısa bir həddə qədər sahibkar bir çox işləri öz üzərinə götürərək xərclərə qənaət edib uğur əldə edir. Amma, maliyyə-muhasibatlıq işləri barədə hər zaman bunu edə bilmir. Dəqiq uçot, dügün pronoz və planlamalar üçün sahibkar ya mühasib tutmalı olur, ya da bu işi kənar mühasibə həvalə etməli olur. Peşəkar maliyyə-mühasibat xidmətləri də öz növbəsində sahibkar üçün ağır xərc yükü yaradır. Nəticədə kiçik biznes daha həssas olur, rəqabətlilik gücünü itirir və kənar risklərə qarşı dayanıqsız olur. Bunun üçün Muğanbank kiçik və orta sahibkarlara öz bizneslərini dayanıqlı etmək, rəqabətə davalı olmaq və xərclərini azaltmaq məqsədilə “Muğanbank - Maliyyə HUB”-ı layihəsi çərçivəsində maliyyə-muhasibat xərclərinin qarşılanması məqsədilə maliyyə dəstəyi təklif edir.
Bunun üçün siz ilk olaraq: Fiziki şəxs sahibkarlar - 3 ay
Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) - 2 ay
Hüquqi şəxslər (ƏDV ödəyiciləri) - 1 ay
Ödənişsiz müddət bitdikdən sonra isə